Əlcəzair millisinin baş məşqçisi Corc Lekens istefa verib.
Newsport.az-ın məlumatına görə, buna səbəb yığmanın Afrika Millətlər Kubokunda uğursuz çıxışı olub. 67 yaşlı belçikalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlama verərək istefa verdiyini bildirib:
“Yığmaya nə qədər bağlı olsam da, istefa ən düzgün qərardır. Bu, hər iki tərəf üçün xeyirli olacaq”.
3 ay əvvəl Əlcəzair millisinin “sükanı arxasına” keçən çalışdırıcı 6 oyunda 2 qələbə qazanıb.
Afrika Millətlər Kubokunun qrup mərhələsində B qrupunda çıxış edən komanad 3 oyuna 2 xal toplayaraq turnirlə vidalaşıb.