Milan "İnter"inin rəhbərliyi komandanın göstərdiyi uğursuz nəticələrə baxmayaraq baş məşqçi Frank De Bura güvənir.
Newsport.az-ın məlumatına görə, İtaliya klubunun rəsmisi Mixayıl Bolinqbrok komandanın gözlənildiyi kimi yaxşı çıxış etməməsinə baxmayaraq hollandiyalı mütəxəssisin arxasında olduqlarını bildirib. O, yerli mətbuata açıqlamasında sonadək De Bura güvənəcəklərini qeyd edib:
"Frankın 100 % arxasındayıq, işinin asan olmadığını bilirik. Mövsümün başlamasına az müddət qalanda "İnter"in sükanı arxasına keçdi. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə komanda ilə çalışmaq üçün yaxşı vaxti olacaq".