La Liqada bunu bacaran 20-ci komanda oldular

“Vilyarreal” İspaniya La Liqasının 12-ci turunda doğma meydanda “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, bu qarşılaşma komanda üçün əlamətdar olub. Belə ki, “Vilyarreal” İspaniya çempionatının yüksək liqasında 1000-ci oyununu keçirib.

Klub bu göstəriciyə çatan 20-ci komanda olub. Daha əvvəl “Real”, “Barselona”, “Atletik”, “Valensiya”, “Atletiko”, “Espanyol”, “Sevilya”, “Sosyedad”, “Betis”, “Selta”, “Saraqosa”, “Valyadolid”, “Osasuna”, “Deportivo”, “Sportinq”, “Rasinq”, “Oviedo”, “Malyorka” və “Las-Palmas” da bu həddə çatıb.

“Vilyarreal” 12 turdan sonra 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right