Azərbaycanlı futbolçulardan 3 qol, komandaları lider oldu

Futbol üzrə Qırğızıstan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Əliyev, İldar Alekberov və Ramin Əhmədovun formasını geyindiyi "Özgön" doğma meydanda "Asiyaqol"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlilərimiz də bu görüşün iştirakçısı olublar. Onların hər üçün matçda meydana çıxıb. İldar Alekberov dubl edib, Ramin Əhmədov isə 1 qol vurub.

4 oyun keçirən "Özgön" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right