Slot "Qalatasaray"la bugünkü oyun haqda

"Liverpul"un baş məşqçisi Arne Slott Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"a qarşı keçirəcəkləri ilk oyun haqda danışıb.

Newsport.az xəbər verir ki, mütəxəssis İstanbul təmsilçisinin güclü tərəflərindən söz açıb. 

"Oyuna yaxşı köklənməliyik. "Qalatasaray"ın çoxlu qol silahı var. Kritik ötürmələr də onlardan biridir. Viktor Osimhen müxtəlif yollarla qol vura bilən, əla hücumçudur. Barış Yılmazın da Liqa mərhələsindəki oyununu xatırlayıram. 

Ehtiyatlı olmalıyıq. Rəqibin güclü tərəflərini bilmək həmişə onları neytrallaşdıra biləcəyiniz demək deyil".

Qeyd edək ki, sözügedən matç bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right