Braziliyalı vinger "Napoli"də qalacaq

"Napoli" "Sportinq"dən icarəyə götürdüyü Alisson Santosla bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İtaliya çempionu braziliyalı vingerin transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Santosun performansı məşqçilər korpusunu razı salıb. A Seriyası klubu 23 yaşlı futbolçu üçün 15 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Napoli" Alisson Santosu fevralın 2-də icarəyə götürüb. "Sambaçı" Neapol təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right