“Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Newsport.az “The Athletic”-ə istinadən xəbər verir ki, “şəhərlilər” öz yetirməsini komandada saxlamaqda maraqlıdır.
Ancaq bildirilir ki, 25 yaşlı futbolçunun bu mövsüm qeyri-sabit çıxışı səbəbindən danışıqların asan keçməsi gözlənilmir.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 38 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.