"Bir çox gənc məşqçilər heyətdən maksimumu çıxara bilmirlər" Kapello

Sabiq "Yuventus" və "Real"ın baş məşqçisi Fabio Kapello Massimiliano Alleqrinin "Milan"dakı fəaliyyətini qiymətləndirib.

Newsport.az xəbər verir ki, Kapello "MilanNews24" kanalının "Milan Vibes" proqramında bunları qeyd edib:

“Alleqrinin gördüyü iş göstərir ki, o hələ də ən yaxşı məşqçilərdən biridir, mükəmməl bir məşqçidir və ‘işdən düşmüş pilot’ deyil.

O, hansı materialla işlədiyini yaxşı anlayır, oyunçularının dəyərini bilir. Bir çox gənc məşqçilər bunu bacarmırlar: heyətdən maksimumu çıxara bilmirlər və sadəcə başqalarını kopyalayırlar."

Hazırda "Milan" Seriya A-da 27 oyundan sonra 10 xalla "Inter"dən geri qalaraq ikinci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right