Sabiq futbolçu David Vilya “İnter Mayami”nin hücumçusu Lionel Messi haqqında fikirlərini bölüşüb. O, argentinalı futbolçu ilə 2010-cu ildən 2013-cü ilə qədər “Barselona”da birlikdə oynayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu, Messinin bir neçə mövqedə yaxşı oynaya biləcəyini söyləyib:
“Düşünürəm ki, Messi ən yaxşısıdır. Mən bunu həmişə demişəm və minlərlə video mənim fikrimi təsdiqləyir. “Barselona”ya keçib onu hər gün məşqdə görməyə başlayanda həyəcanım üçqat artmışdı. Hələ də Viktor Valdesə (“Barsa”nın sabiq qapıçısı) dediyimi xatırlayıram: “Messi qapıçı olmaq istəsəydi, asanlıqla sənin yerini tutardı”. Bəzən yarımmüdafiəyə keçib Xavi və İnyestadan da daha yaxşı oynaya bilərdi. Bu, inanılmazdır”.
Messi 2023-cü ildən bəri “İnter Mayami”də forma geyinir.