Fiqunun Çempionlar Liqasındakı favoritləri

“Real”ın və Portuqaliya millisinin sabiq üzvü Luiş Fiqu UEFA Çempionlar Liqasının cari mövsümü üçün favoritlərini açıqlayıb.

“Real” 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaq. Tərəflər arasındakı matçlar 11 və 17 mart tarixlərində keçiriləcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Fiqu, həm “Real”ın, həm də “Mançester Siti”nin turnirin əsas namizədləri olduğunu bildirib:

“Mənim üçün həm “Real”, həm də “Mançester Siti” Çempionlar Liqasının favoritləridir. Bu, fərqli bir turnirdir. Çempionatdakı oyunları mükəmməl olmasa da, Avropada çox vaxt özlərini göstəriblər. Bu, xüsusilə, “Real” üçün keçərlidir. Onların bu turnirdə uzun və zəngin tarixi var, burada oyunları tam fərqlidir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right