Ən möhtəşəm stadion odur Runiyə görə

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi karyerası ərzində çıxış etdiyi ən möhtəşəm stadionun adını açıqlayıb.

İngiltərəli keçmiş futbolçu uzun illər “qırmızı şeytanlar”ın ev arenası olan “Old Trafford”da oynasa da, rəqiblərin stadionları arasında fərqli seçim edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Runi, onun üçün ən möhtəşəm stadionun “Santyaqo Bernabeu” olduğunu deyib:

“Oynadığım ən möhtəşəm stadion? Düşünürəm ki, “Santyaqo Bernabeu”. Səhv etmirəmsə, bu, 2013-cü ildə “Real”a qarşı oyun idi”.

UEFA Çempionlar Liqasının 2012/13 mövsümünün 1/8 final mərhələsində Madrid klubu iki oyunun nəticəsinə əsasən “Mançester Yunayted”i 3:2 hesabı ilə üstələyərək, növbəti mərhələyə yüksəlmişdi.

Runi peşəkar futbolçu karyerasını 2021-ci ildə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right