“Monako” Poqba ilə vidalaşa bilər

“Monako” yarımmüdafiəçisi Pol Poqba ilə mövsümün sonunda yollarını ayıra bilər.

Newsport.az xəbər verir ki, fransalı futbolçu ötən ilin dekabrından bəri meydana çıxmayıb və hazırda zədəlidir. O, 2025/26 mövsümündə 3 oyunda iştirak edib. Onun müqaviləsinin müddəti bu ilin iyununun 30-na qədərdir.

Poqba əvvəlki ilyarım ərzində diskvalifikasiya səbəbindən heç bir komandada çıxış etməyib.

32 yaşlı futbolçu 2025-ci ilin yayında “Monako”ya qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right