“Arsenal” bu dəfə Premyer Liqanı qazanacaq” Sabiq futbolçu

“Arsenal”ın sabiq hücumçusu Lukas Podolski “topçular”ın bu mövsüm uğur qazanmaq şanslarından danışıb.

London təmsilçisi cari mövsümdə Premyer Liqada keçirdiyi 28 oyundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 56 xal və ehtiyatdakı bir oyunla ikincidir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, “Arsenal”ın bu dəfə Premyer Liqanı qazanacağını düşünür:

“Düşünürəm ki, “Arsenal” bu dəfə Premyer Liqanı qazanacaq. Bu, komanda üçün xüsusi bir mövsümdür və mən bunu xüsusilə, Mikel Arteta (komandanın baş məşqçisi) sayəsində istəyirəm. O, oyuna çox şey qatır və çox çalışır. Onunla oynamaq da xoş idi. Hətta “Arsenal”da birlikdə olduğumuz zamanlarda belə, onun məşqçi olacağını hiss edirdim. Məşq və oyunlardan sonra o, daim Arsen Vengerlə (“Arsenal”ın sabiq baş məşqçisi) danışırdı”.

“Arsenal” martın 1-də evdə “Çelsi” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right