Yulian Alvares “Atletiko”dan ayrılmağa qərar verib. O, mövsüm bitən kimi Madrd klubunu tərk edəcək.
Newsport.az xəbərverir ki, argentinalı hücumçu daha iddialı komandada oynamaq istəyir. Bu səbəbdən “Barselona”nın təklifini dəyərləndirmək niyyətindədir.
26 yaşlı forvard titullar qazanmaq hətta daha az maaşa oynamağın əleyhinə deyil. Bu səbəbdən “Çelsi” və “Arsenal”ın 100 milyon avroluq transfer tələblərinə baxmayaraq, Alvares İspaniya nəhəngini arzulayır. Robert Levandovski yayda komandanı tərk edəcəyindən o, polşalının yerini doldurmağa hazırdır.
Problem “Barselona”nın yalnız 70 milyon avro təklif etməsindədir. “Atletiko” daha yaxşı müştərilər varkən bu qiymətlə razılaşmır. 2024-cü ilin yayında “Mançester Siti”dən 75 milyona alınan oyunçu üçün ən azı bu məbləğ tələb olunur.
Xatırladaq ki, Alvaresin madridlilərlə 4 illik müqaviləsi qalır.