İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş şəxsi rekordunu təkrarlayıb.
Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu Premyer Liqanın XXIV turunda 3:2 hesabı ilə qələbə qazandıqları “Fulhem”lə oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mançester klubunun kapitanının hesabında hazırda 12 məhsuldar ötürmə var. Bu, onun İngiltərə klubuna keçdikdən sonrakı ilk mövsümündə (2020/2021) müəyyənləşdirdiyi şəxsi rekordunun təkrarıdır.
“Mançester Yunayted” hazırda 41 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.