Sabiq futbolçu Qari Nevill hazırda “Mançester Yunayted”də müvəqqəti baş məşqçi olan Maykl Karrikin İngiltərə klubundakı gələcəyi ilə bağlı fikirlərini bildirib.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İnanıram ki, komandada bir neçə ay keçirdikdən sonra Karriki yola salmaq onu uğursuzluğa məhkum edəcək. “Mançester Yunayted” mövsümün sonunda hazır olacaq ən yaxşı baş məşqçini və oyunçuları dəvət etməlidir”.
“Qırmızı şeytanlar”ın Premyer Liqada 23 oyundan sonra 38 xalı var və turnir cədvəlində 4-cü yerdədir. Komanda 3-cü yerdə qərarlaşan “Aston Villa”dan 8 xal geridədir.