Lixtştayner tanınmış klubun baş məşqçisi oldu

İsveçrə millisinin, "Yuventus"un və "Arsenal"ın sabiq müdafiəçisi Ştefan Lixtştaynerin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Bazel"ə (İsveçrə) baş məşqçilik edəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Lixtştaynerlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

O, 2022-2024-cü illərdə "Bazel"in gənclərdən ibarət komandalarıını çalışdırıb, daha sonra "Vettsvil-Bonstetten"ə rəhbərlik edib.

Qeyd edək ki, Ştefan Lixtştayner futbolçu karyerası ərzində "Yuventus" və "Arsenal"la yanaşı, "Qrasshopper", "Lill", "Latsio" və "Auqsburq"da da oynayıb. O, "Yuventus"la 7 dəfə İtaliya çempionu olub. Həmçinin keçmiş oyunçu 2005-2019-cu ildə İsveçrə millisinin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right