"Barselona" futbolçusunu 120 milyon avroya satmaqdan imtina edib

İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom"un göndərdiyi təklifi rədd edib.

Newsport.az "Fichajes"ə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu braziliyalı vingeri 120 milyon avroya satmaq istəməyib.

Kataloniya klubu oyunçunu əsas hesab üzvü hesab etdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya cari mövsüm 19 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right