Xorvatiya millisinin hücumçusu Türkiyə klubuna doğru

Xorvatiya millisinin forvardı Andrey Kramariç karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Başakşeher”ə keçə bilər.

İstanbul təmsilçisi xorvat forvardla danışıq aparır. Lakin hələ ki təcrübəli hücumçu Türkiyə klubuna qəti cavab verməyib.

Onun “Hoffenhaym”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, 2016-cı ildən Almaniya klubunun formasını geyinir. Kramariç “Dinamo”(Zaqreb), “Lokomotiva”, “Riyeka”, “Lester” komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right