“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloanın Vinisius Juniorla bağlı planları açıqlanıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis braziliyalı futbolçuya komandada əsas rollardan birini həvalə etmək niyyətindədir.
Gözləntilərə görə, 25 yaşlı vinger Kilian Mbappe ilə birlikdə “Real”ın əsas simasına çevriləcək. Daha əvvəl Vinisiusun baş məşqçi postunda Xabi Alonso olduğu müddətdə klubla yeni müqavilə imzalamaq istəmədiyi bildirilirdi.
Alonso bu ayın 12-də vəzifəsindən uzaqlaşdırılıb və elə həmin gün “Real” Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu rəsmən elan edib. “Kral klubu” məşqçi dəyişikliyindən sonra ilk oyunda İspaniya kubokunda gözlənilməz şəkildə “Albasete”yə 2:3 hesabı ilə məğlub olub. Vinisius qarşılaşmaya start heyətində başlasa da, Madrid təmsilçisini sensasiyalı məğlubiyyətdən xilas edə bilməyib.