İtaliya millisinin hücumçusu "Atalanta"da

"Atalanta" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Nerqamo təmsilçisi "Atletiko"dan Cakomo Raspadorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atalanta" İtaliya millisinin üzvü üçün La Liqa nəhənginə 22  milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cakomo Raspadori mövsümün ilk yarısında "Atletiko"nun heyətində keçirdiyi 15 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right