“Lənkəran” basketbolçusu ilə vidalaşdı

“Lənkəran” basketbolçusu ilə vidalaşıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə yolları ayırıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan “Xixon” klubunun şərəfini qoruyacaq.

Tseqakele cari mövsümün əvvəlində Kanadanın “Saskatçevan Reytls” klubundan “Lənkəran”a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right