Alonso: “Vinisiusa ehtiyacımız var”

Xabi Alonso Vinisius Junioru tərifləyib. “Real”ın baş məşqçisi braziliyalı hücumçunu ən yaxşı formasında görmək istəyir.

Newsport.az xəbər verir ki, ispan mütəxəssis aralarında problem olduğu deyilən cinah oyunçusunun tezliklə özünə gəlməsini arzulayır: “Vinisius bundan sonra da bizim üçün önəmli oyunçu olacaq. Onun ən yaxşıoyununu göstərməsini və meydanda həzz alaraq oynamasını gözləyirik”.

Alonso Vinisiusun özəlliklərini qabardıb: “Onun etdikləri bizə üstünlük verir. Juniorun tezliklə ən yüksək formasına qayıtmasını təmin etməliyik. Vini bizim vazkeçilməz oyunçularımızdan biridir, ona ehtiyacımız var”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right