Vinisiusun yeni il planı

“Real”ın hücumçusu Vinisius Junior yeni ildə böyük sıçrayış etməyə ümid edir.

2025-ci il braziliyalı futbolçu üçün uğurlu alınmayıb – baş məşqçi və klub rəhbərliyi ilə münaqişə barədə yayılan davamlı şayiələr, qalmaqallar və mümkün ayrılıq xəbərləri onun ətrafında gərgin fon yaradıb.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, Vinisiusun 2026-cı il üçün əsas məqsədi optimal formasını bərpa etmək və əvvəlki yüksək səviyyəsinə qayıtmaqdır.

26 yaşlı futbolçu madridlilərin forvardı Kilian Mbappenin zədəli olması fonunda yenidən “kral klubu”nun hücum xəttində lider rolunu üzərinə götürəcək.

Vinisiusun “Real”la müqaviləsinin müddətinin bitməsinə təxminən bir il yarım qalıb. Tərəflər hələlik yeni anlaşma üzrə razılığa gələ bilməyiblər. Bu səbəbdən, mətbuatda onun mümkün satışı ilə bağlı müzakirələr mütəmadi olaraq gündəmə gəlir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right