“Xəzər Lənkəran”ın sabiq futbolçusu vəfat etdi

"Xəzər Lənkəran"ın yetirməsi Cəfər Mirzəyev vəfat edib
 
Newsport.az xəbər verir ki,  "Xəzər Lənkəran" futbol klubunun yetirməsi, klubla birlikdə yüksək liqaya qədər yüksələn Cəfər Mirzəyev bu gün vəfat edib.
 
Cəfər Mirzəyev uzun illər Xəzər Lənkəran sistemində çıxış edib və klubun tarixində öz izi olan futbolçulardan biri kimi tanınıb.
Onun vəfatı Azərbaycan futbol ictimaiyyəti, xüsusilə də Lənkəran futbolu üçün böyük itki hesab olunur.
 
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
 
Allah rəhmət eləsin.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right