Tacikistan millisinin sabiq futbolçusu Muhsin Məhəmmədov vəfat edib.
Newsport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Keçmiş futbolçu 59 yaşında dünyasını dəyişib.
Muhsin karyerası ərzində Rusiyada “Spartak”, “Lokomotiv”, “Torpedo” klublarında çıxış edib. O, “Spartak”la Rusiya çempionu olub.