“Mən hamımızın tanıdığı Rodrini görmək istəyirəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Rodrinin durumu ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az “City Report”-a istinadən xəbər verir ki, Qvardiola onun üçün əsas məsələnin Rodrinin özünü xoşbəxt hiss etməsi olduğunu bildirib:

“Yeganə istəyim Rodrini xoşbəxt görməkdir. Bilirəm ki, onun dizində hər şey qaydasındadır. Əzələləri ilə də problem yoxdur. Mən hamımızın tanıdığı Rodrini – oyundan zövq alan Rodrini görmək istəyirəm. İlk növbədə bunu onun özü üçün arzulayıram. Komanda üçün də, əlbəttə, bu çox vacibdir, bir az eqoist səslənsə də. Ümid edirəm ki, Rodri addım-addım sıraya qayıdacaq, çünki ötən mövsüm ona çox ehtiyac duyduq. O, iki il ardıcıl komandamızın ən yaxşı futbolçusu olub”.

İspaniyalı futbolçu daha əvvəl dizinin çarpaz bağlarını zədələmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right