"Dinamo"nun baş məşqçisi bəlli oldu

Ukraynanın "Dinamo" klubunun yeni baş məşqçisi məlum olub.

Newsport.az xəbər verir ki, Kiyev təmsilçisini İqor Kostyuk çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kostyuk noyabr ayında Aleksandr Şovkovskinin istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi təyin olunmuşdu. 50 yaşlı mütəxəssis artıq rəsmən komandanın "sükanı arxasında" olacaq.

Qeyd edək ki, "Dinamo" Ukrayna Premyer Liqasında 16 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right