Mendi ilə müqavilə uzadıldı

"Əl-Əhli" qapıçısı Eduard Mendi ilə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu ilə 33 yaşlı seneqallı qapıçı arasında yeni anlaşma 2028-ci ilin yayına qədərdir.

Eduard Mendi 2023-cü ilin yayında "Çelsi"dən 18,5 milyon avroya "Əl-Əhli"yə keçib. O vaxtdan bəri qolkiper 92 oyuna çıxıb, 94 qol buraxıb və 39 dəfə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right