Qabırğası qırılan futbolçu 6 həftəlik sıradan çıxdı

İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Den Börn sıradan çıxıb.

İngilis futbolçu ölkə çempionatının 16-cı turunun "Sanderlend"lə oyununda ağır zədə alıb. Rəqibi ilə toqquşan 33 yaşlı mərkəz müdafiəçisinin qabırğasında sınıq aşkarlanıb. Təcrübəli oyunçu 6 həftə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Den Börn bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 22 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right