"Bavariya"da Manuel Noyer şoku

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı qolkiper Bundesliqanın 16-cı turunun "Maynts"la matçında (2:2) ayaq əzələsindən zədə alıb. 39 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində 25 rəsmi matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right