Takehiro Tomiyasu “Ayaks”a transfer olunur. Yaponiyalı müdafiəçi amsterdamlılarla 6 aylıq anlaşma üçün razılaşıb.
Newsport.az xəbər verir ki, 27 yaşlı oyunçu bu həftə tibbi müayinədən keçəcək. Daha sonra tərəflər müqaviləni rəsmiləşdirəcək. Tomiyasu ümidi doğrultsa, yayda uzunmüddətli anlaşma imzalanacaq.
Takehiro 2021-ci ilin yayında “Bolonya”dan “Arsenal”a 18,6 milyon avroya transfer olunmuşdu. O, cari mövsümün əvvəlində London klubundn azad agent kimi ayrılmışdı.