Özbəkistan millisinə Kannavaro başçılıq edə bilər

Özbəkistan Futbol Federasiyası millinin baş məşqçi postuna Fabio Kannavaronu gətirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, özbəklər italiyalı mütəxəssislə danışıqlara start verib. Özbəkistan millisi ilk dəfə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında çıxış edəcək. 52 yaşlı mütəxəssis karyerası ərzində “Udineze”, “Benevento”, “Əl-Nəsr”, “Quançjou” və “Tyanjin”, son olaraq isə “Dinamo”(Zaqreb) klubunu çalışdırıb.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right