"Real"ın futbolçusu Kriştiano Ronaldo Lionel Messini geridə qoyub.
Newsport.az-ın "Marca" qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda fərqlənib və bu turnirdə vurduğu qolların sayını 68-a yüksəldib.
Bununla da Lionel Messini (67 qol) geridə qoyan Ronaldo ÇL-in tarixində ən çox qol vuran ikinci futbolçu olub.
Qeyd edək ki, bu siyahının ilk pilləsində 71 qolla "Real"ın sabiq futbolçusu Raul Qonzalesdir.