Şahmatçılarımızın rəqibləri müəyyənləşdi

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. 1/32 finalda Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə görüşəcəklər.

Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə 1/16 finalda üz-üzə gələcəklər.

Dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right