İdmançılarımız beynəlxalq turnirlərdə uğurla çıxış ediblər

Kazanda kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə Avropa birinciliyi yarışları keçirilib.
 
Newsport.az xəbər verir ki, gənclərin sumo güləşində Camal Feyziyev  qalib gəlib. Sadiq Əliyev, Kamal Ələsgərov və Vəliş Hacıyev  bürünc medal qazanıb. Camal Feyziyev həm də kəmər güləşində mütləq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. Xəyyam Abdullayev və Vəliş Hacıyev  isə  3-cü yeri tutub.
 
Yarışda fərqlənən idmançılarla görüş təşkil olunub. Görüşdə Azərbaycan Milli İdman Növləri Assosasiyasının prezidenti Kazım Xanlarov idmançıları təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzu edib.
 
Əlavə edək ki, yığmamız ləmər güləşində  komanda hesabında 2-ci  olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right