“Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib. Newsport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turdan sonra 6 xal toplayan şahmatçımız seçmə mərhələni beşinci yerdə başa vurub və 1/4 finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 6,5 xalla birinci pillədə qərarlaşıb.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.