Azərbaycan yığmasının voleybolçusu Odina Əliyeva ABŞ-a köçür. Newsport.az xəbər verir ki, milliləşən legioner ilk dəfə təşkil olunacaq Peşəkar Voleybol Liqasında mübarizə aparacaq. Onun hələlik hansı komandada oynayacağı dəqiqləşməyib.
Xatırladaq ki, Odina İndoneziyada “Cakarta” klubunda çıxış edirdi.