İddiaçılar Turnirinin bərpa vaxtı açıqlandı

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski TASS-a açıqlama verib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə daimi əlaqədə olduğunu deyən Simanovski ona turnirin noyabrın 11-dək davam edəcəyi barədə məktubun gəldiyini diqqətə çatdırıb. O, yarışın şahmatçılar üçün epidemioloji situasiyanın sabitliyi şərti ilə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub. 8 qrossmeysterin qatıldığı turnir VII turdan sonra yarımçıq qalıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. 

Vaşye-Laqrav məhz koronavirusun yayılması ilə əlaqədar turnirdən imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.   





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right