Ruslan Lunev dünya çempionu oldu

İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatında Azərbaycan idmançısı Ruslan Lunev qızıl medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, Mərkəzi Ordu İdman Klubunun idmançısı tapança ilə 25 metr məsafədən atış növündə Estoniya və Çindən olan rəqiblərini üstələyərək dünya çempionu olub.  
 
Qeyd edək ki, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə keçirilən dünya çempionatı iyunun 6-da başa çatacaq. Yarışda Azərbaycanı Nigar Nəsirova da təmsil edir. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right