Məmmədyarov Kramnikə, Rəcəbov Voytaşekə qarşı

"ShamkirChess-2017"-də bu gün altıncı turun görüşləri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnik, Teymur Rəcəbov isə polşalı Radoslav Voytaşek ilə üz-üzə gələcək.

Turun bütün cütlərini diqqətinizə çatdırırıq:

Vladimir Kramnik(Rusiya) - Şəhriyar Məmmədyarov

Radoslav Voytaşek(Polşa) - Teymur Rəcəbov

Maykl Adams(İngiltərə) - Pentala Harikrişna(Hindistan)

Veselin Topalov(Bolqarıstan) - Pavel Elyanov(Ukrayna)

Uesli So(ABŞ) - Sergey Karyakin(Rusiya)

Qeyd edək ki, 5 turdan sonra Ş. Məmmədyarov 3.5 xalla turnir cədvəlinə başçılıq edir. M. Adams və P. Elyanovun aktivində 3, V. Topalov, V. Kramnik, S. Karyakin, U. Soda isə 2.5 xal var. T. Rəcəbov və R. Voytaşek hərəyə 2 xal toplayıb. P. Harikrişna isə 1.5 xalla sonuncudu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right