Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 beynəlxalq şahmat turnirində II tura start verilib.
Newsport.az saytının məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov müvafiq olaraq Rusiya şahmatçıları Sergey Karyakinlə Vladimir Kramnikə qarşı mübarizə aparacaq.
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Vladimir Kramnik (Rusiya)- Teymur Rəcəbov (Azərbaycan)
Pentala Harikrişna (Hindistan)- Pavel Elyanov (Ukrayna)
Maykl Adams (İngiltərə) - Uesli So (ABŞ)
Radoslav Voytaşek (Polşa)-Veselin Topalov (Bolqarıstan)