Voleybol üzrə Azərbaycan birinciliyində qadınların mübarizəsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, Super Liqada bu gün mövsümün son oyunları keçirilib. İlk olaraq meydana "Lokomotiv" və "Telekom" çıxıblar. Qarşılaşma gözlənildiyi kimi Zoran Qayiçin yetirilmələrinin üstünlüyü ilə yekunlaşıb. Quru hesablı qələbə ilə "Telekom" həm də çempionluğunu rəşmiləşdirib. Günün ikinci və mövsümün sonuncu qarşılmasında "Azərreyl" "Azəryol"u sınağa çəkib. Bu oyunda da sensasiya qeydə alınmayıb və Famil Ağayevin yetirmələri quru hesablı qələbəyə seviniblər.
Bu görüşdən sonra çempionatın bağlanış mərasimi keçirilib. Maraqlıdır ki, turnir cədvəlinə "Azərreyl" başçılıq etsə də çempionluğu "Telekom" bayram edib. Beləliklə, "Telekom" qızıl, "Azərreyl" gümüş, "Azəryol" isə bürünc medallara sahib çıxıb.