Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəldi

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəlib – 52:50.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub, Ukraynanı (77:68) üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right