Azərbaycanlı güləşçi finalda

Bakının ev sahibliyi etdiyi U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsfahan Həsənov yarışın finalına vəsiqə qazanıb.

80 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinal mərhələsində Litva güləşçisi Benediktas Bubeleviçusu 4:2 hesabı ilə üstələyərək həlledici görüşə adlayıb.

Milli komandanın digər üzvləri — Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə yarımfinalda məğlub olublar. Güləşçilərimiz sabah bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right