“Astana”nın üzvü “Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi oldu

Bakı - Xankəndi Azərbaycan Velosiped yarışında III mərhələyə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışın qalibi adını Qazaxıstanın "Astana" klubunun üzvü Qleb Sıritsa olub.

"Tertoletto İsorex" klubundan Timoti Düpon ikinci, "Roojai İnsurance  Winspace" kubundan ekvadorlu Pita Kristian David üçüncü yeri tutub. 

Mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib. 

Qeyd edək ki, bu mərhələdə iştirakçılar Qəbələ şəhər icra hakimiyyətinin qarşısından yürüşə başlayıblar. 

Onlar Oğuz və Şəki rayonlarından keçməklə, 162,9 km yol qət ediblər.

Finiş isə Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzinin qarşısında olub.

Qeyd edək ki, 5 mərhələdən ibarət yarışa mayın 14-də yekun vurulacaq. 
 









 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right