Dünya çempionatı: Rauf Məmmədov ilk "10-luq"da

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən blits və rapid üzrə dünya çempionatında ikinci yarış gününə yekun vurulub.

Newsport.az xəbər verir ki, rapid yarışmasında kişilər 9 turu arxada qoyublar.

Azərbaycan təmsilçilərindən ən yüksək nəticə 6,5 xala malik Rauf Məmmədova məxsusdur. O, hazırda 10-cu pillədədir.

Eyni miqdarda xala malik Şəhriyar Məmmədyarov əlavə göstəricilərə görə 18-ci yerdə qərarlaşıb.

Xaqan Əhməd 6 xalla 35-ci, Teymur Rəcəbov 5,5 xalla 65-cidir. Hərəyə 5 xalı olan şahmatçılardan Murad İbrahimli 100-cü, Məhəmməd Muradlı 110-cu mövqedə yer alıb.

Dekabrın 28-də keçiriləcək son 4 tur öncəsi turnir cədvəlinə hərəyə 7,5 xalla FIDE təmsilçisi Vladislav Artemyev və ABŞ təmsilçisi Hans Moke Nimann başçılıq edir.

Qadınların mübarizəsində 8 turdan sonra azərbaycanlı şahmatçılardan ən yüksək nəticə Günay Məmmədzadəyə məxsusdur. Məmmədzadə 5,5 xalla 21-ci pillədə yer alıb. Türkan Məmmədyarova 5 xalla 29-cu, Gövhər Beydullayeva 4,5 xalla 53-cüdür. Hərəyə 4 xalı olan şahmatçılardan Xanım Balacayeva 73-cü, Zeynəb Məmmədyarova 75-ci, Gülnar Məmmədova 77-ci pillədə qərarlaşıb.

Nəhayət, hərəyə 3 xalı olan şahmatçılardan Ülviyyə Fətəliyeva 110-cu, Mələk İsmayıl 117-cidir.

Son 3 tur öncəsi turnir cədvəlinə çinli Tsziner Çju və hindistanlı Hampi Koneru hərəyə 6,5 xalla başçılıq edir.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right