Basketbolçu 22 yaşında öldü

Fransanın “Qravlin-Dünkerk” klubunda çıxış etmiş sabiq basketbolçu Florian Loar 22 yaşında ürək tutmasından vəfat edib.

Newsport.az-ın xəbərinə görə, bu barədə onun ailəsi və Fransa Basketbol Federasiyası (FFBB) məlumat verib.

Perspektivli mərkəz oyunçusu Loar 2024-cü ilin əvvəlində xroniki diz problemlərinə görə karyerasını başa vurub.

O, “Qravlin-Dünkerk” akademiyasının və milli idman mərkəzi INSEP-in yetirməsi idi. O, klubun əsas komandasında Fransanın yüksək divizionu "Betclic Elite"də cəmi bir oyun keçirib — 2022-ci ilin mayında “Orlean”a qarşı matçda iki dəqiqə meydanda olub. Bundan sonra karyerasını bitirənə qədər gənclər komandasında çıxış edib.

Fransa Basketbol Federasiyası nekroloq dərc edərək basketbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right