Cüdo üzrə Azərbaycan çempionatının son günündə komanda yarışları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Bakı İdman Sarayında baş tutacaq turnirdə qadınlar arasında 5, kişilərdə isə 7 kollektiv kubok uğrunda mübarizə aparacaq.
Qadınların 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq; kişilərin isə 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 80 cüdoçu qüvvəsini sınayacaq.
Təsnifat görüşləri saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq.
Yarışı izləmək üçün arenaya giriş sərbəstdir.
Qeyd edək ki, ölkə çempionatı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.