“Sabah” “Şəki”yə qalib gəldi

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, günün son oyununda “Sabah” “Şəki”nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 115:83.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah” A qrupunda liderliyini davam etdirir. “Şəki” 9 xalla beşinci sıradadır.

Günün ilk oyununda “Quba” “Sumqayıt”dan üstün olub – 107:90.

Bu turda daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right